Səhərə qədər çay içdiyi üçün heyətdən kənarlaşdırıldı

17 Oktyabr 2017 13:57 (UTC+04:00)

"Genoa"nın braziliyalı futbolçusu Rikardo Sençurion "Cagliari" ilə oyunda heyətə salınmayıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, buna səbəb braziliyalının səhərə qədər mate çayı içərək İnstagramda canlı yayım etməsi olub.

Qısa adı Mate olan Herbal Mate Argentinada yetişən bitki növüdür. Argentinalıların günlük istifadə etdiyi çayın bəzi növləri Cənubi Amerikada da geniş yayılıb. Argentina və Cənubi Amerikada bütün insanlar olduğu kimi, futbolçular da bu çayı içməyə öyrəşiblər. Çayın digər özəlliyi isə, yağ yandırıcı xüsusiyyətə malik olmasıdır. Onu davamlı içərək 1 aya 5 kq arıqlamaq olur. 

Mate çayı içərkən kameralara tuş gələn məşhur futbolçuların fotolarını da nəzərinizə çatdırırıq: