ABŞ-da yaşayan azərbaycanlı idmançılar kürsüyə Azərbaycan-Türkiyə bayraqları ilə çıxdılar - FOTO

17 Oktyabr 2017 15:11 (UTC+04:00)

Amerikada yaşayan MMA idman növü ilə məşğul olan tanınmış azərbaycanlı idmançılar, Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin fəal üzvləri Elgün Xanoğlanlı və Səddam Zülfüqarov Grapplinq yarışında qələbə qazanaraq, kürsüyə Azərbaycan-Türkiyə bayraqları ilə çıxıblar.Movqe.az-ın məlumatına görə, yarış 14 oktyabr 2017-c il tarixində baş tutub. Elgün Xanoğlanlı rəqibi amerikalı Joze Barera (57 kq) olub, Səddam Zülfüqarov (95 kq) isə Josi Alberto üzərində qələbə qazanıb. Yarış Şimalı Amerika Qarışıq İdman Növləri Birliyi tərəfindən təşkil edilib.