Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı - YENİLƏNİB

17 Oktyabr 2017 16:15 (UTC+04:00)

16:03

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, hadisə zamanı 200-dən çox adam yaralanıb.

----------

11:52

Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.

Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.

DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib.