700 şirkət Kataloniyanı tərk etdi

17 Oktyabr 2017 20:30 (UTC+04:00)

Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib.

Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.

Qeyd edək ki, təkcə oktyabrın 9-u və 10-da, iki gün ərzində 387 şirkət ofislərini İspaniyanın başqa regionlarına köçürmüşdü.