Türkiyədə kömür mədənində uçqun

17 Oktyabr 2017 17:14 (UTC+04:00)

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.

Movqe.az milli.az-a istinadən bildirir ki, dağıntılar altında adamların qaldığı deyilir.

Hadisə yerinə xilasedicilər və tibbi yardım maşınları cəlb edilib.

Dağıntılar altında qalanların sayı hələlik məlum deyil.

Bölgədə xilasetmə işlər aparılır.