“Tomb Raider”in yeni filmi gəlir

6 Mart 2013 14:44 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yenicəbazara çıxarılan və böyük rəğbət qazanan yeni "Tomb Raider" film oyunu ilə pərəstişkarlarını sevindirməyə hazırlaşır. Oyunun prodüseri ,Kristal Dinamiksin rəhbəri Darrel Qallagher oyun sektoru xaricindəki işlər üçün axtarışda olduğunu bildirib. Düşünülən sual isə budur: Tomb Raideri kim canlandıracaq? Bu sualın cavabını növbəti həftələrdə öyrənəcəyik.

İlk dəfə 2001-ci ildə çəkilib
Lara Kroft: Tomb Raider Tomb Raider video oyunundan uyğunlaşmış bir filmdir. Simon Vest tərəfindən idarə olan filmdə Ancelina Coli Lara Kroftu canlandırıb. Film 30 İyun 2001-ci ildə ABŞ-da ilk dəfə nümayiş etdirilib. Filmin davamı olaraq Lara Kroft Tomb Raider: Həyatın mənbəyi adlı film çəkilib.