33 yaşlı kişi özünü asdı

19 Oktyabr 2017 11:10 (UTC+04:00)

Goranboy rayon sakini özünü asaraq intihar edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
 
Kənd sakini,  1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.
 
İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.