Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib

19 Oktyabr 2017 10:31 (UTC+04:00)

Bu günlərdə Azərbaycan-Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı olaraq, Azərbaycan-Türkiyə iş adamları “Okuklu Holdinq”in rəhbərliyi ilə bir araya gəliblər.
Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker, səfirliyin əməkdaşı Elşən Əbülhəsənli,Türkiyənın tanınmış adamları iştirak ediblər.
“Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu, Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker, səfirliyin əməkdaşı Elşən Əbülhəsənli və başqa iştirakçılar iki ölkə arasında əlaqələrdən söhbət açıblar.
Görüşdə Azərbaycan və Türkiyə arasındakı istər mədəni,istərsə siyasi,istərsə də ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr olub.