Zimbabvenin birinci xanımı livanlı zərgəri məhkəməyə verib

19 Oktyabr 2017 18:30 (UTC+04:00)

Zimbabvenin birinci xanımı Qreys Muqabe livanlı zərgər Camal Əhmədi məhkəməyə verib.

"Movqe" "Vesti.Ru"ya istinadən xəbər verir ki, zərgər dəyəri təxminən yarım milyon dollar olan 100 karatlıq brilyant üzük hazırlanması üçün edilən ilkin ödənişi geri qaytarmaqdan imtina etdiyinə görə, ona qarşı iddia qaldırılıb.
Zimbabve prezidentinin həyat yoldaşı toylarının ildönümünə 100 karatlıq üzük sifarişini hələ 2015-ci ildə verib. Üstəlik, ilkin ödəniş formasında məbləğin hamısı ödənilib.
Ancaq livanlı zərgər heç bir səbəb göstərmədən bəzək əşyasını hazırlaya bilməyib. O, birinci xanıma pulu geri qayıtmağa razılaşıb, amma ona yalnız 120 min dollar göndərib.
İndi ödəniş məbləğinin tam qaytarılması məsələsi məhkəmədə həll olunacaq.