Messinin sol ayağından gələn sərvət

6 Mart 2013 17:21 (UTC+04:00)

Argentinalı futbolçu Lionel Messinin qızıldan hazırlanan sol ayağının kopiyası "Qızıl Ayaq" heykəli, Yaponiyanın paytaxtı Tokioda satışa çıxacaq. Movqe.Az-ın məlumatına görə, Yapon zərgərlik şirkəti tərəfindən istehsal olunan 25 kiloqram ağırlığındakı "Qızıl Ayaq", Messinin qardaşı Rodriqonun da qatıldığı bir sərgidə nümayiş ediləcək. Heykəl, məşhur oyunçunun  4-cü dəfə "FIFA Ballon d'Or" mükafatını alması şərəfinə hazırlanıb və 7 mart cümə axşamı günü 5,25 milyon dollar qarşılığında satışa çıxarılacaq. Əldə edilən gəlir isə Leo Messi Fondu vasitəsilə 11 mart 2011-ci ildə Yaponiyada meydana gələn zəlzələ və sunami qurbanlarına bağışlanacaq. Sərgidə yalnız 50 ədəd çıxarılan "Qızıl Ayaq lövhəsi" və 100 ədəd miniatür "Mini Qızıl Ayaq" heykəli də 95 min və 42 min dollarlıq qiymətlə satışa təqdim ediləcək.