Avropa Birliyindən İsrailə xəbərdarlıq edilib

26 Aprel 2012 14:16 (UTC+04:00)
Avropa Birliyi Xarici işlər Nümayəndəsi Katerin Aşton, İsraili işğal altında tutduğu Fələstin torpaqlarındakı yəhudilərin məskunlaşdığı bölgələri ''qanuniləşdirmə'' qərarından dönməsinə çağırıb.
Aşton yazılı şərhində, İsrailin Qərb Şəriyədə yeləşən Rihali, Baruhin və Sansansa ilə bağlı məskunlaşmalar statusu ilə əlaqədar qərarının son dərəcə narahatlıq yaratdığını qeyd edib.
Şərhdə bildirilib ki, Avropa Birliyi İsrailə dəfələrlə bütün məskunlaşma fəaliyyətlərini başa vurmağa çağırıb."
"Məskunlaşma beynəlxalq hüquqa zidddir, barışa maneədir və iki dövlət arasındakı həllin tətbiq olunmasını hədələməkdir'' deyilib.
İsrail hökuməti qərb Şəriyədəki Baruhində 350, Rihalidə 240 və Sansansayada 240 yəhudinin məskunlaşmasına icazə verib.

Ziba Yusifova
Mövqe.az