"Atletico" - "Qarabağ" matçını izləmək istəyənlərin nəzərinə

20 Oktyabr 2017 11:29 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletico" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər. 

Goal.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, azarkeşlər saat 10:00-dan saat 18:00-a qədər bazaya yaxınlaşaraq həmin biletləri əldə etmək şansına malikdir.

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055) 400-49-18.

Qeyd olunur ki, ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 30 avrodu.