Şamaxıda avtomobil aşdı, sürücü öldü

20 Oktyabr 2017 11:47 (UTC+04:00)

Şamaxı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 01:00 radələrində Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.