Milli Məclis sədri: Avropa Şurasının baş katibinə məktub göndərməyin xeyri yoxdur

20 Oktyabr 2017 13:04 (UTC+04:00)

Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik.

Movqe.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar.