İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

6 Mart 2013 17:04 (UTC+04:00)

Prezident İlham Əliyev Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Movqe. az-ın verdiyi məlumata görə, 2013-cü ildə Avropa İttifaqına sədrlik edəcək Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyus Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Dövlət başçısı Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ştefan Füleyə çatdırmağı xahiş edib.