Ayaq üstə su içmək zərərlidir?

6 Mart 2013 17:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, mütəxəssislər ayaq üstə su içməyin tibbi zərərlərinindən danışıb. Ayaq üstə su içməyin insanlara zərər verə biləcəyini ifadə edən mütəxəssislər, "İnsanların mədələri mövqelərinə görə fərqlidir. Yəni ayaq üstə və oturaq vəziyyətdəki mədənin mövqeyi də fərqlidir. Ayaq üstə dayanan insanlar əgər maye, qida ehtiva edirsə, bunlar birbaşa onikibarmaq bağırsağa keçir. Mədədə "Waldeyer" adlanan mədə yolu vardır. Maye və qidalar bu yolu izləyərək birbaşa onikibarmaq bağırsağa keçir. Su insanlar üçün əhəmiyyətlidir. İnsanlar bu mayeni ayaqda içdikdə bədəndəki su mədədə yığılmaz və bunun da bədənə heç bir faydası olmaz. Əgər insanlar mayeni oturaraq ehtiva etsələr, bunlar əvvəl mədədə yığılar, turşu ilə qarışaraq mikrobları öldürər və sonra onikibarmaq bağırsağa keçər. Deməli oturaq halda su içməklə insan xolera daxil, bir çox insan xəstəliklərindən qorunmuş olur. İnsanlar təsadüfi yerdə mayeləri qəbul etdikdə isə bir çox xəstəliyə daha tez məruz qala bilir.
Ayaq üstə su içməklə bağlı hədislər də vardır:

"Əgər ayaq üstə su içən kimsə mədəsinə verdiyi zərəri bilsəydi içdiyi suyu şübhəsiz ki geri qusardı" (Abdurrəzzak 10/427 hədis 19588).

Rəsuli Əkrəm sallallahu əleyhi və səlləm "Ayaq üstə su içməyi qadağan etmişdir" ifadəsi,  başqa rəvayətində "Ayaq üstə su içməkdən məhrum etmişdir" şəklində keçir. (Müslim, Eşribe 112, 114)

Əbu Hüreyrə radıyallahu anhdan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Heç biriniz ayaq üstə su içməyin. Unudaraq içəndən də küsün!" (Müslim, Eşribe 116)

Suyu içərkən qibləyə yönəlmək, oturaraq bəsmələ çəkib su stəkanını sağ ələ almaq və suyu içmək lazımdır. Su içərkən həddindən artıq dərəcədə su içməməli, çox soyuq və çox isti sudan  da çəkinmək lazımdır.