Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

20 Oktyabr 2017 17:57 (UTC+04:00)

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində "Liverpool"un futbolçusu Məhəmməd Salah qalib gəlib. O, azarkeşlərin 51% səsini toplayıb. Bununla misirli vinqer Cenk Tosun ("Beşiktaş", 33%) və Kvinsi Promesi ("Spartak", 7%) qabaqlayıb.

Salahın komandası son oyununda "Maribor"a 7:0 hesabıyla qalib gəlib. 25 yaşlı havbek bu oyunda 2 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.