Avtomobil qadını vurub

23 Oktyabr 2017 09:15 (UTC+04:00)

Bakının Nərimanov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az report.az-a istinadən bildirir ki, 1976-ci il təvəllüdlü Səlimova Könül Saday qızı Ziya Bünyadov prospektində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə "təcili tibbi yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.