Elmar Məmmədyarov İtaliyaya səfər edib

23 Oktyabr 2017 11:12 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.

XİN-nin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, nazir oktyabrın 24-25-də ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.

Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.