Kriminal avtoritet həbsdə ölüb

23 Oktyabr 2017 11:32 (UTC+04:00)

Azərbaycanda məhbus ölüb.
 
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dwnyasını dəyişib.
 
Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.
 
Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.