Ucuz "iPhone" gözləyərkən ucuz "iMac" gəldi

6 Mart 2013 19:36 (UTC+04:00)

"Apple" təhsil müəssisələri üçün 1099 dollara satılacaq "iMac" kompüteri satışa təqdim etdiyini açıqlayıb. Movqe.Az-ın məlumatına görə, ən aşağı qiymətdə olan modelindən 200 dollar daha ucuz satılacaq "iMac" hazırlayan "Apple", bunu etməklə kompüterlərin məktəblərdə istifadə edilməsi üçün belə bir addım atıb. 21 düym ekrana sahib kompüter 3,3 GHz sürətində cüt nüvəli Intel Core i3 prosessor, 4 GB yaddaş və 500 GB sabit diskə sahibdir. Bundan 18 ay əvvəl eyni məqsədlə hazırlanan modeldən 100 dollar daha bahalı olan "iMac", daha sürətli prosessor, daha çox yaddaş və iki qat yığma sahəsi daşıyır. Yeni "iMac"ın əvvəlki modelə görə ən böyük dəyişikliyi isə, üzərində bir optik sürücü olmaması olaraq diqqətləri çəkir. Məhsulun başqa ölkələrdə satışa çıxıb çıxmayacağı isə hələ bilinmir.