"Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır" - Kazimirov

23 Oktyabr 2017 15:39 (UTC+04:00)

"Ermənistanda Azərbaycan ərazilərinin hərbi əməliyyatlar zamanı işğal olunduğunu anlamalıdırlar və bu, onların Ermənistana aid olduğu mənasını vermir. Danışıqların əsas və ciddi hissəsi budur. Sənə aid olmayanı qaytarmaq lazımdır..."

Movqe.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov "Joğovurd" qəzetinə müsahibəsində bildirib.

Vladimir Kazimirov Cenevrə danışıqlarından sonra münaqişə ilə bağlı real yanaşma görmədiyini bildirib: "Təbii ki, bu cür görüşlər və danışıqlar vacibdir. Danışıqların davam etdirilməsinə dair razılığın olması təbiidir. Lakin, problemin yekun həlli yeni siyasi xadimlərin peyda olmasını tələb edir. Onlar dünyada baş verən hadisələr barədə real təsəvvürlərə sahib olmağı bacara bilirlərmi ? Bunu demək çətindir. Münaqişəyə qarşı mən real yanaşma görmürəm. Lakin, əgər Azərbaycan doğrudan da münaqişənin siyasi siyasi yolla həll edilməsinə dair qərar qəbul edərsə, o zaman ermənilər 90-cı illərdə işğal etdikləri torpaqları azad etməlidir". 

Erməni jurnalistin ətraf ərazilərin qaytarılması əvəzinə Dağlıq Qarabağın statusu ilə bağlı verdiyi suala Kazimirov bu şəkildə cavab verib. "Öncə, qeyd edək ki, Azərbaycan tərəfi öz üzərinə belə bir öhdəlik götürmür".