Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istədi

23 Oktyabr 2017 16:29 (UTC+04:00)

Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib. 

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.