Yılmaz Okuklu “Qarabağ məsələsi Türk xalqının qəlbinə hopub”

23 Oktyabr 2017 17:11 (UTC+04:00)

Türkiyədə bəzi yazarlar Azərbaycan məsələsində son dərəcə ehtiyatlı və işlətdiyi sözlərə fikir verməlidirlər.
Bu sözləri Türkiyəli siyasətçi Yılmaz Okuklu söyləyib.
“Son üç gündə baş verənləri belə izah etmək olar:  Qarabağ məsələsi Türk xalqının qəlbinə  hopub. Ona toxunmaq və hansısa xoşagəlməz sözlər, hansı reaksiyalara səbəb olur. Yazarlar ehtiyatlı olmalıdırlar ki, vəziyyət bu səviyyəyə gəlib çatmasın. Heç bir zaman Türkiyə-Azərbaycan qardaşlığına zərər vermək olmaz. Bu əlaqələri qurmaq və güclənməsi üçün illər sərf olunub. Bu gün iki qardaş ölkə arasında əlaqələr yüksək səviyyədədir”,-deyə Y.Okuklu bildirib.