"Elektron xidmət növlərinin Siyahısı"na dəyişiklik edildi

24 Oktyabr 2017 10:44 (UTC+04:00)

Baş nazir Artur Rasizadə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1- ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edilib:

Siyahıya aşağıdakı məzmunda 3.20-3.25-ci, 11.22-ci, 11.23-cü, 11.24- cü və 40.3-cü bəndlər əlavə edilib: