Küçədə zorlanan qadına kömək etmək əvəzinə o anları kameraya çəkdilər

24 Oktyabr 2017 11:07 (UTC+04:00)

Hindistanın Visakhapatham şəhərində, günorta saat 2 radələrində bir qadın gündüz vaxtı küçənin ortasında sərxoş bir şəxsin təcavüzünə məruz qalıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, yoldan keçənlər qadına kömək etmək yerinə o anları kameraya çəkiblər.

Polis görüntülərdən sonra adı G. Şiva olduğu deyilən 23 yaşlı gənci saxlayıb.