Bu il 8 mindən çox həyət evi tikilib

24 Oktyabr 2017 13:36 (UTC+04:00)

2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 97,3 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub. 

Fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.