Milli Ordunun daha bir əsgəri dünyasını dəyişdi

7 Mart 2013 10:58 (UTC+04:00)


Bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri ölüb

. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe. az-a verilən məlumata görə, Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. 


Ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq.