XİN: Meksika parlamentarilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır

24 Oktyabr 2017 15:55 (UTC+04:00)

Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

Bu barədə Movqe.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib: "Bu xüsusda, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib".