111 min fil öldürülüb

24 Oktyabr 2017 15:46 (UTC+04:00)

Keçən il dünyada rekord sayda fil dişi ələ keçirilib.  Movqe.az xəbər verir ki, 2016-cı ildə BMT-nin Nəsli kəsilməkdə olan vəhşi heyvan və bitki  növlərinin Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiyanın (CITES) hazırladığı hesabata əsasən, 40 ton qaçaq fil dişi ələ keçirilib. CITES-in hesabına görə bu, tarixdə qeydə alınan ən yuxarı sayda fil ölümüdür. Hesabatda göstərilir ki, son 10 ildə 111 min Afrika fili məhz dişinə görə, qətlə yetirilib. 

Mübariz Bayramov