Dünyanın ən ölümcül 12 xəstəliyi

24 Oktyabr 2017 16:11 (UTC+04:00)

Beynəlxalq Səhiyyə Təşkilatının rəqəmlərinə görə, bu günə qədər 4 min 493 insan Ebola xəstəliyindən həyatını itirib. Movqe.az xəbər verir ki, bütövlükdə 8 min 997 insan bu xəstəliyə yoluxub. Ancaq buna baxmayaraq, Ebola dünyanın ən təhlükəli on xəstəliyi sırasında yoxdur. Dünyanın ən təhlükəli ilk on iki xəstəliyi bunlardır:
1) Tənəffüs yolları xəstəlikləri - Ağciyərin iltihablanması şəkildə ən sıx rast gəlinilən ölümcül yoluxucu xəstəlikdir. İldə əksəriyyəti uşaq və yaşlılar olmaqla orta hesabla 4 milyon şəxs bu xəstəlikdən həyatını itirir. 
2) AIDS - Bu xəstəlikdən ildə 3 milyon insanın  həyatını itirir.
3) İshal xəstəlikləri - Ən çox rast gəlinən vəba, qarın yatalağı bənzər  ishal xəstəlikləridir. Bu xəstəliklər xüsusilə uşaqları öldürür.  Bu xəstəliyə görə, 1996-cı ildə 3 milyon insan ölüb. Hazırda isə rəqəmlər bir milyon azalıb. 
4) Vərəm - Dünyada ildə 1 milyon 600 min şəxs vərəmdən həyatlarını itirirlər. Xüsusilə siqaret çəkənlərin bu xəstəliyə tutulma təhlükəsi olduqca yüksəkdir.
5) Qızdırma - Dünyanın ən təhlükəli infeksiya xəstəliklərindən biridir. Əgər müalicə edilməzsə xəstənin yaşama şansı yoxdur. Hətta bir ağcaqanad sancması belə ölümcül ola bilir. Bu xəstəlik dünyada ildə 1 milyon insanın ölümünə səbəb olur. 
6) Qızılca - Əslində peyvəndi olan zərərsiz bir uşaq xəstəliyi kimi görünür Lakin il ərzimdə 1 milyon insan bu xəstəlik üzündən vəfat edir. 
7) Yuxu narahatlığı - Yalnız tropik Afrikada aşkarlarnan və ağcaqanadını sancması ilə yoluxan yuxu narahatlığı (Tripanozomiyazı) ildə 500 min insanın ölümünə səbəb olur 
8) Tetanus yolxucu xəstəlik - Peyvəndi olmasına baxmayaraq, tetanos səbəbindən dünyada il ərzində 300 min şəxs həyatını itirir. Ölənlərin əksəriyyəti körpələr olur. 
9) Göy ösgürək - Xüsusilə yeni doğulan körpələr bu xəstəliyə tutulur. Bu xəstəlikyuxarı tənəffüs yollarını təsir edir. Dünyada bu xəstəlikdən ildə ortalama 300 min insan həyatını itirir. 
10) Meningit, hepatit, sifilis - Dünyada il ərzində160-300 min arasında şəxs bu üç xəstəlik üzündən vəfat edir. 

Mübariz Bayramov