Rusiya Türkiyə pomidorlarının üçüncü ölkələrdən ixracını dayandırmağın yolunu tapdı

25 Oktyabr 2017 15:20 (UTC+04:00)

"Rusiya gömrükçüləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə birgə Türkiyə pomidorlarının bu ölkələr üzərindən təkrar ixracının qarşısını almaq üçün effektiv üsul tapıblar".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidməti rəisinin birinci müavini Ruslan Davıdov deyib.

Onun sözlərinə görə, bunun üçün işçi qrupları yaradılıb: "Biz həm azərbaycanlı, həm də erməni həmkarlarımızla qurumlararası işçi qrupları yaratmışıq. Bu qrupların məqsədi malların şəffaf hərəkət istiqamətini müəyyən etməkdən ibarət olacaq".