PFL "İnter"in müraciətini nəzərə alıb

25 Oktyabr 2017 16:00 (UTC+04:00)

 

“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Movqe.az goal.az-a istinadla  xəbər verir ki, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının X turunun “Kəpəz” – “İnter” matçı 28 oktyabr tarixdə “İnter Arena” stadionunda keçirilsin. 

X turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə IV dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.