“Aztelekom.NET – Sərhədləri aşan internet” Xaçmazda

7 Mart 2013 13:15 (UTC+04:00)

2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və proflaktik tədbirlərin görülməsi məqsədilə istifadəçilərlə canlı ünsiyyətin qurulması, onlarla birbaşa görüşlərin təşkil olunmasına başlanılıb. Movqe. az-ın məlumatına görə, belə görüşlərdən ilki bu gün Xaçmaz şəhərində keçirilir. Şəhərin "Fəvvarələr parkı"nda baş tutan tədbirdə elekrton xidmətlər və sürətli internetin digər üstünlükləri geniş izah olunacaq, intellektual-əyləncəli viktorinalar keçiriləcək.


 Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi"  çərçivəsində şimal bölgəsində - Quba, Xaçmaz və Qusar Telekommunukasiya Qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunacaq.


 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsi tədbirin xanım iştirakçılarına hədiyyələrin verilməsi və mügənnilərin bir-birindən gözəl ifaları isə tədbirə xüsusi yaraşıq qatacaq.


 Aztelekom.net" internet provayderi tərəfindən internetdə "on-line" rejimdə yayımlanacaq tədbirdə Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin və video-konfrans rabitə üzərindən "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun çıxışları gözlənilir.