Naxçıvan MR-nın büdcəsi 282 milyon manat olacaq

25 Oktyabr 2017 16:28 (UTC+04:00)

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə büdcəsi müəyyənləşib.
 
Movqe.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən 2018-ci ildə muxtar respublikanın büdcəsi 281 900 000 manat həcmində olacaq.
 
Büdcə zərfi Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəsinə başlanacaq. 

APA