Təhsil nazirliyi TQDK-nın yuxarı sinif dərsliklərinin monitorinqinə başlamasına belə münasibət bildirdi
7 Mart 2013 13:15 (UTC+04:00)
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yuxarı sinif
dərsliklərinin monitorinqini aparması bizdə narahatçılıq doğurmur.
Məndə olan məlumata görə, artıq TQDK 6-cı sinif dərsliklırinin də
monitorinqinə başlayıb".
Bu sözləri Mövqe.az-a açıqlamasında Təhsil nazirliyinin
Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı söyləyib. F.
Şahbazlı bildirib ki, TQDK-nın monitorinqinin nəticəsi Təhsil
nazirliyinə daxil olan kimi, o rəylər müəlliflərə göndərilir:
"Onlar da öz rəylərini bildirirlər. Bu prosesin ibtidai sinif
dərsliklərindən sonra davamlı olması, yuxarı sinif dərsliklərinin
də monitorinqinin aparılması bizi qəti narahat etmir".