Qazaxıstan prezidenti oktyabrın 30-da Azərbaycana səfərə gələcək

26 Oktyabr 2017 15:30 (UTC+04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana səfərə gələcək. Bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat verib. Səfər çərçivəsində Qazaxıstan prezidentinin Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimində iştirak edəcəyi gözlənilir.