Azərbaycan 2021-ci ildə qaz hasilatını 61% artıracaq

26 Oktyabr 2017 18:29 (UTC+04:00)

Gələn il Azərbaycanda qaz hasilatının 2017-ci illə müqayisədə 5% artaraq 30 498,3 mln. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu ilin sonuna ölkədə qaz hasilatının 29,060 mlrd. kubmetr həcmində olacağı gözlənilir.
2019-cu ildə qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 27% artaraq 37 027,7 mln. kubmetr, 2020-ci ildə 43% artaraq 41 532,3 mln. kubmetr, 2021-ci ildə isə 61% artaraq 46 711,4 mln. kubmetr olacağı proqnozlaşdırılır.