Avropa Parlamenti Türkiyəyə maliyyə yardımını 80 milyon avro azaldıb

26 Oktyabr 2017 19:00 (UTC+04:00)

Avropa İttifaqının 2018-ci ildə Türkiyəyə edəcəyi maliyyə yardımı 80 milyon avro azaldılacaq. 

“Movqe” CNNTürk-ə istinadən xəbər verir ki, bu qərar Avropar Parlamentində ittifaqın büdəcisinin müzakirəsi zamanı qəbul edilib.
Avropa İttifaqının gələn il Türkiyədə islahatların aparılması, infrastruktur və kənd təsərrüfatı sahələrinə 217 milyon avro yardım ayıracağı gözlənilirdi. Lakin Avropa Parlamenti maliyyə yardımının 80 milyon avro azaldılması haqqında qərar qəbul edib.
Məlumata görə, bu məbləğ hissə-hissə azaldılacaq. İlkin mərhələdə 50 milyon avro kəsiləcək, əgər Türkiyədə insan hüquqlarının qorunması sahəsində irəliləyiş olmasa, ondan daha 30 milyon avro azaldılacaq.
Xatırladaq ki, Türkiyəyə maliyyə yardımının azaldılması məsələsini Almaniya gündəliyə gətirib. 
Avropa İttifaqı üzvülükdən əvvəl Türkiyəyə 2014-2020-ci illər arasında 4 milyard 450 milyon avro ödənilməsi öhdəliyini götürüb.