Novruz Məmmədovdan “Euronews” telekanalına irad

26 Oktyabr 2017 16:20 (UTC+04:00)

“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu, çox yaxşıdır və düzdür".

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: “Amma Avropada özünü ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən telekanal Azərbaycanda ötən əsrin 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı haqqında bir dəfə də olsun fikir söyləməyib”.