İki həftə ərzində iki möhtəşəm “Cek Pot” uduldu

26 Oktyabr 2017 15:57 (UTC+04:00)

Yaşadığımız oktyabr ayı lotereya həvəskarlarının xatirində yəqin ki, cari ilin uduşlarla ən zəngin ayı kimi qalacaq. Bəli, bu ayın əvvəllərində “6/40” lotereyasında qeyd olunan fantastik 274 min 960 manat məbləğində uduşun həyəcanı, sevinci hələ keçməmiş daha bir möhtəşəm uduş – 99 min740 manat məbləğində “Cek Pot” uduşu “5/36” lotereyasında qeydə alındı.

 “6/40” lotereyasının 5 oktyabr tarixli tirajında qeydə alınan 274 min 960 manat məbləğində “Cek Pot” uduşu bu məbləği şərikli udan və hərəyə 137 min 480 manat qazanan iki həmvətənimizin evinə sevinc gətirmişdi. 18 oktyabr tarixində “5/36” lotereyasının 99 min 740 manat məbləğində “Cek Pot”unu şərikli udan 051307 №-li, 100635 №-li, 109779 №-li və 104160 №-li biletlərin sahibləri də hərəyə 24 min 935 manat qazandılar. Bütün qalibləri ürəkdən təbrik edirik. 
Beləliklə, “5/36” və “6/40”  lotereyaları arasında gedən ənənəvi uduş yarışmasının yeni mərhələsi başlanır. Lotereya həvəskarlarının nəzərinə çatdırırıq ki, 18 oktyabr uduşu “5/36” lotereyasında cari ildə qeydə alınan yeddinci “Cek Pot” uduşudur. “6/40” lotereyasında isə cari ildə üç “Cek Pot” uduşu qeydə alınıb və bu lotereya uduşların böyüklüyü ilə fərqlənir. 274 min 960 manat məbləğində 5 oktyabr uduşu ölkədə oynanılan lotereyalar tarixində və o cümlədən, “6/40” lotereyasında qeydə alınmış üçüncü ən böyük uduşdur. Lotereya həvəskarları bilirlər ki, “6/40” lotereyası fəaliyyətə başladığı gündən bəri minlərlə iştirakçıya sanballı uduş sevinci yaşadıb. Lakin istehlakçıların böyük bir qismi ölkə lotereyalarında yüz minlərlə manat həcmində uduşların oynanılmasından xəbərsizdirlər. 
Ötən illərdə lotereya təşkilatçısı tərəfindən istehlak bazarında aparılan araşdırmalar göstərmişdi ki, istehlakçıların böyük əksəriyyəti uduşların 20-30 min manat civarında olması qənaətindədirlər. Lotereyalar iştirakçıları üçün isə son illərdə 100-150 min manat məbləğində uduşlar adiləşib. Təkcə bir faktı qeyd etmək olar ki, “6/40” lotereyasında qeydə alınan üç ən böyük uduşun toplam məbləği bir milyon yüz iyirmi üç min üç yüz doxsan manat ((1milyon 123 min 390 manat)  olmuşdur. 
Hal-hazırda cari ilin aprel ayından fəaliyyətə başlayan “4+4” lotereyası öz iştirakçılarına qarşıdan gələn cümə tirajında 119 min 403 manat məbləğində “Cek Pot” təklif edir.  “Klassik Loto” lotereyası öz sadiq iştirakçılarını 75 min manat məbləğində “Meqa Pot”la gözləyir. Növbəti həftənin bazar ertəsi “Binqo” lotereyasının tirajında iştirakçılara təklif olunan uduşların toplam həcmi isə 210 min manatdan çoxdur. Ani lotereyalara gəldikdə isə, ötən yazımızda qeyd etmişdik ki, “Azərlotereya” yeni-yeni ani lotereyaları istehlakçıların ixtiyarına verməkdə davam edir və bu istehlakçıların lotereyalara olan inamlarının təzahürüdür. 
Təsadüfi deyil ki, hələ ötən ay ani lotereyalar ailəsinə daxil olan “Cüt Şans” ani lotereyaların uduş mücrüsünə daha 236 min 916 uduş əlavə etmişdi və budur... Bazarda fəaliyyət göstərən və iştirakçılara milyon ədəddən çox uduş təklif edən “Uğurlu Rəqəm 9”, “Qoşa Şans 3”,  “Super Uğurlu Rəqəm”, “Super 8”, “Çempionat”, “Futbol 3”, “Topla Qazan” və “Cüt Şans” kimi ani lotereyalara daha bir unikal lotereya - “Super 5” ani lotereyası qoşulur. “Super 5” ani lotereyası daha 505 min 936 uduşu istehlakçıların ixtiyarına verir. İnanılmaz daha bir fakt da var ki, son iki ayda fəaliyyətə başlayan iki ani lotereya - “Cüt Şans” və “Super 5” ani lotereyaları 742 min 852 ədəd uduşu istehlakçıların ixtiyarına verib. 
Yeri gəlmişkən qeyd edilməlidir ki,  “Super 5” lotereyası təkcə uduşların çoxsaylı olması ilə fərqlənmir. Bu lotereya sözün əsl mənasında unikallığı ilə fərqlənir. Lotereya biletinin üzərində “Oyun 1”, “Oyun 2”, “Oyun 3”... və nəhayət “Oyun 7” olmaqla 7 oyun xanası yerləşir. Bu xanalardan hər hansı birinin qoruyucu səthini pozduqda 5 (beş) rəqəmi əks olunduğu halda, bilet həmin oyun xananın altında qeyd olunmuş məbləği qazanır. Lakin bu o demək deyil ki, bununla sizin bu biletdən gələn uduşlarınız bitdi. Məsələ burasındadır ki, lotereya biletinizdə 5 (beş) rəqəmi bir neçə oyun xanasında əks oluna bilər və bu halda bu xanalardakı uduşlar cəmlənir. 
Təkrar edirik ki, “Super 5” unikal bir lotereyadır. Belə ki, 5 (beş) rəqəminin bir neçə oyun xanasında əks olunduğu təqdirdə bu xanalardakı uduşların toplam cəmi də hələ sizin uduşlarınızın hamısı deyil. Bəli, bəli, bu lotereya sahivlərini daha bir sürpriz də gözləyir. Lotereya biletinizin oyun zonasındakı səkkizinci xananı - “Super Bonus” xanasını pozun. “Super Bonus” Sizə  udduğunuz  məbləği 2, 4 və hətta 5 dəfə artırmaq imkanı verir. Başqa sözlə, Sizin uduşunuzun toplam məbləği oyun xanasında və ya xanalarında qeyd olunmuş ümumi uduş məbləğinin “Super Bonus” xanasında qeyd olunmuş rəqəmə vurulması ilə müəyyən olunur. “Super 5” ani lotereya biletlərini alın, pozun, udun və uduşunuzu super bonusla dəfələrlə artırın...