"Facebook" insan sağlamlığına zərər vurur

26 Oktyabr 2017 16:05 (UTC+04:00)

ABŞ-da 5000 "Facebook" istifadəçisi arasında aparılan araşdırmaya görə, sosial media istifadə edən insanlar daha bədbəxtdir. Movqe.az ABŞ mediasına istinadən xəbər verir ki, keçən il orta hesabla "Facebook" istifadəçiləri gündə 50 dəqiqə vaxt sərf edirlər. ABŞ-ın Kaliforniya Universitetindən Holly B. Shakya və Yala Universitetindən Nicholas A. Christakis "Facebook"un mədəniyyətimizə  mənfi təsir etdiyini təsdiqləyiblər. Araşdırma 2013, 2014 və 2015-ci illərdə həyata keçirilib və 5208 sosial media istifadəçisini əhatə edir. "Facebook"un 2016-cı il məlumatlarına görə, istifadəçi hər gün orta hesabla "Facebook"a 50 dəqiqə sərf edir. Araşdırmaya görə, sosial media platformalarında keçid etdikdə kiminsə paylaşımını bəyəndikdə psixi sağlamlığımıza 5-8 faiz mənfi təsir edir.

Mübariz Bayramov