Azərbaycanın sığorta bazarı 7% böyüyüb

26 Oktyabr 2017 22:00 (UTC+04:00)

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətinin xətti ilə 414,353 mln. manat sığorta haqqı toplanılıb.

"Movqe" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 14,3% artaraq 188,58 mln. manat təşkil edib.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,5 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 42,4 manat olub.