Miqrasiya haqqında qanuna dəyişikliklər edilib

7 Mart 2013 15:42 (UTC+04:00)

Miqrasiya haqqında qanuna dəyişiklər edilib. Miqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, Əcnəbilərin qeydiyyatının sadələşdirilməsini nəzərdə tutan yeni qanunla əvvəllər qeydiyyata düşmə müddəti 24 saat idisə, indi bu müddət 3 iş gününə qədər artırılıb. 


Əvvəllər 30 gün ərzində yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi veriləndə, orda göstərilirdi ki, əcnəbi nə qədər yaşaya bilər. 


İndi isə qeydiyyat vəsiqəsində o müddət göstərilməyəcək. Qeydiyyat vəsiqəsi vizada göstərilən müddətə veriləcək. Keçmiş SSRİ vətəndaşları Türkmənistan istisna olmaqla, Azərbaycan respublikası ərazisinə vizasız gəlirdilər. İndi isə, həmin şəxslərə verilən vəsiqənin müddəti 90 gün olacaq.