Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb

27 Oktyabr 2017 10:15 (UTC+04:00)

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. "Report" xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis orqanına məlumat verilib.