Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb

27 Oktyabr 2017 10:45 (UTC+04:00)

Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a  verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 5 kv.m sahədə, dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.