Prokuror Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslərin məhkəməsində vaxt istəyib

27 Oktyabr 2017 12:28 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
Movqe.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda cinayət işindəki sənədlər tədqiq edilib.
 
Prokuror iş üzrə sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
 
Proses oktyabrın 30-da davam etdiriləcək.
 
 
Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
 
Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

APA