İki əmioğlu həmkəndlilərinin qızıllarının oğurlayıb yolda basdırdılar - FOTO

27 Oktyabr 2017 12:45 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan  verilən məlumata görə, Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib. Nəticədə rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq polis şöbəsinə gətiriliblər.       

Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, evdən 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər.

Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb.

Milli.az