Artıq "WhatsApp"dan göndərilən mesaj həm sizdən həm də göndərdiyiniz adamın telefonundan silmək mümükdür

27 Oktyabr 2017 15:26 (UTC+04:00)

"WhatsApp" istifadəçilərinin uzun müddətdir gözlədiyi yeni "mesaj silmə" funksiyasını bu gün Android istifadəçilərinin ixtiyarına buraxdı. Movqe.az xəbər verir ki, "Delete for Everyone" xüsusiyyətini bu gündən etibarən "WhatsApp'ın Androiddəki "Beta" versiyası istifadə edə bilər. 

"Delete for Everyone" funksiyası sayəsində "WhatsApp"dan  göndərdiyiniz mesaj həm sizdən, həm də göndərdiyiniz adamın telefonundan silinir. Ancaq "WhatsApp"dan göndərilən mesaj, GIF, video, sənəd, fotoşəkil və səsli mesajları silmək üçün 7 dəqiqə kimi uzun müddət tələb olunur. Belə ki, göndərdiyiniz mesajın üzərinə basın və "Hər kəsi Silin"i qeyd edin. Bu zaman mesaj hər iki tərəfdən silinir. "Delete for Me" (Mənim üçün sil) dedikdə isə mesaj yalnız sizin telefonda silinir. Hələlik yalnız Androiddə olan bu xüsusiyyətin ilin sonundan etibarən iOS platformasında da əldə oluna bilər.
Mübariz Bayramov