FİFA dünya çempionatının mükafat fondunu artırıb

27 Oktyabr 2017 16:38 (UTC+04:00)

Hindistanın Kəlküttə şəhərində FİFA-nın toplantısı keçirilib. Goal.az xəbər verir ki, 2018-ci il dünya çempionatının mükafat fondu 400 milyon dollara qaldırılıb. Bu rəqəm 2014 mundialında 358 milyon dollar təşkil etmişdi. Eyni zamanda qurum FİFA fondunun təsis olunması ilə bağlı qərar da verib.